Bakı Dövlət Universitetinin (BDU) dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin Tətbiqi Kimya və Biokimya Mərkəzində dörd aylıq elmi ezamiyyətdədir.
BDU-nun məlumatında deyilir ki, ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində termoplastik polimer matrisləri və maqnit nanohissəcikləri əsasında olan nanokompozit strukturların kompleks fiziki-kimyəvi xassələri müxtəlif tədqiqat üsulları vasitəsilə araşdırılacaq. F.Hacıyeva Matsumae Beynəlxalq Fondu təqaüd proqramına qəbul edilən ilk azərbaycanlı alimdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB