Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin tanınmış ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu "UNEC İctimai Nəzarət Şurası" yay imtahan sessiyasının yekunlarına dair mətbuat konfransı keçirilib. SIA-nın xəbərinə görə, UNEC-in Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov bildirib ki, "İctimai iştirakçılıq haqqında"Azərbaycan Respublikasının Qanunu, Təhsil Nazirinin "İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə" əmrini və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq "UNEC İctimai Nəzarət Şurası" yaradılıb.
Universitetdə təşkil edilən yay imtahan sessiyasına nəzarət istisnasız bu quruma verilib. R.Şərifov bildirib ki, "UNEC İctimai Nəzarət Şurası"nın yaradılması ilə bağlı təklif universitet rəhbərliyinə QHT rəhbərləri Əliməmməd Nuriyev, Etibar Əliyev və təhsil eksperti, professor Şahlar Əsgərov tərəfindən irəli sürülüb: "Rəhbərlik təklifi müsbət dəyərləndirərək, Şuranın yaradılması ilə bağlı qərar verilib. Şurada Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələrinin təmsil olunub".
"XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri, fəlsəfə doktoru, "UNEC İctimai Nəzarət Şurası"nın koordinatoru Etibar Əliyev bildirib ki, Şura üzvləri 1 iyun - 4 iyul tarixlərində yay imtahan sessiyasının monitorinqini apararaq, "Qaynar xətt" və Apellyasiya Komissiyasının Komissiyasının işinə nəzarəti təşkil edib, tələbələrlə söhbətlər aparıb, ali məktəbdə keçirilən "Açıq qapı"da iştirak ediblər: " Şuraya daxil olan müraciətlər şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi üçün universitet rəhbərinə ünvanlanıb. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan həyata keçirib və informasiyalar KİV-lərdə yayımlanıb. Şura, həmçinin Maliiyə İqtisad kolleçində keçirilən imtahanlara da nəzarət edib. Tətbiq olunan imtahan metodu vaxı ilə bu kollecdə sessiya zamanı yol verilən ciddi nöqsanların aradan qaldırılmasına xidmət edir".
"Trend" İnformasiya Agentliyinin Baş direktorun müavini Arzu Nağıyev bildirib ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması üçün "UNEC İctimai Nəzarət Şurası" nın yaradılması çox müsbət haldır. Bu ictimaiyyətdə yaranan neqativ fikirlərin qarşısını alar.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov "UNEC İctimai Nəzarət Şurası" Azərbaycan təhsili üçün bir yenilik olduğunu bildirib: "Təhsilin qarşısında iki əsas məsələ durur biliyin ötürülməsi və ən vacibi biliyin qiymətləndirilməsi. Biliyin qiymətləndirilməsi vacib və çox ziddiyətli bir məsələdir. Qiymətləndirmədə nöqsanlara yol verilməsi haqda fikirlər hər zaman mövcuddur. Ancaq "UNEC İctimai Nəzarət Şurası" bütün bu söz-söhbətlərə son qoya bilər. UNEC-də yay imtahan sessiyasının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Mən 1 ay müddətində Şura üzvləri ilə birgə imtahan prosesini izlədim. Ümumi vəziyyət məni qane etdi".
Konfransda Şura üzvlərinin yekun hesabatı açıqlanıb və bildirilib ki, UNEC-də imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub və tətbiq edilən imtahan metodu şəfəffaflığın təmin olunmasına xidmət edir. Ali məktəbin rəhbərliyi tələbə, müəllim və valideynlərin Şura ilə əlaqələrini yüksək səviyyədə qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB