Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri Rusiya Federasiyasında yay istehsalat təcrübəsi keçəcəklər. ADİU-dan SİA-ya verilən məlumata görə, bu ali məktəbin maliyyə və mühasibat, biznes inzibatçılığı, iqtisadiyyat, sənaye və kommersiya fakültələrinin üçüncü kurs tələbələrindən ibarət qrup artıq Sankt-Peterburq şəhərinə yola düşüb. Onlar Rusiyanın Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialında təcrübə keçəcəklər. Təcrübə proqramı Bank VTB 24-ün Sankt-Peterburq filialı ilə bağlanan müqaviləyə və Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialı ilə razılaşmasına əsasən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB