“ADA” Universitetində Milli Diplomatiya Günü qeyd olunacaq

“ADA” Universitetində Milli Diplomatiya Günü qeyd olunacaq

İyulun 12-də "ADA" Universitetində Milli Diplomatiya Gününə həsr olunmuş tədbir keçiriləcək. Universitetdən verilən xəbərdə deyilir ki, tədbirdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi ilə əlaqədar bu ali təhsil ocağı tərəfindən hazırlanmış "İstiqlal təşnəsi" sənədli filminin təqdimatı nəzərdə tutulub. Tədbirdə, həmçinin "Azərbaycan diplomatiyasının, dünəni, bu günü, sabahı" mövzusunda müzakirələr aparılacaq, universitetin yeni nəşrlərinin təqdimatı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə