Rektor təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşüb

Rektor təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ADNSU BƏŞ, Erasmus+ BKM proqramı çərçivəsində payız semestrində təhsillərini Böyük Britaniyanın "Leicester" Universitetində, eləcə də Türkiyənin Orta Doğu Texnik Universitetində davam etdirəcək tələbələrlə görüşüb.

Universitetin məlumatına görə, görüşdə professor M.Babanlı universitetin tələbələrinin Böyük Britaniya və Türkiyə ilə yanaşı, dünyanın digər ölkələrində də təhsillərini davam etdirdiklərini diqqətə çatdırıb. Rektor ADNSU-nun dünya universitetləri sırasında layiqli yerini tutacağına əminliyini bildirib, tələbələrə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə