Oktyabrda IX Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçiriləcək

Oktyabrda IX Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçiriləcək

Oktyabrın 4-5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə neft kimyası üzrə IX Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçiriləcək.

AMEA-nən xəbərində deyilir ki, konfransın keçirilməsinin əsas məqsədi neft emalı və neft kimyası sahəsində əldə olunmuş elmi nailiyətlərin müzakirəsi, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Tədbirdə, həmçinin ali və ümumtəhsil müəssisələrində kimyanın tədrisi problemləri də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə