Avstriya Elmlər Akademiyasının "Joint Excellence in Science and Humanities (JESH)" proqramı son on ildə doktorantura pilləsində təhsilini başa çatdıran və müxtəlif ölkələrin hər hansı tədqiqat müəssisəsində çalışan gənc alimlərə iki aydan altı ayadək Avstriyanın tədqiqat mərkəzlərindən birində araşdırmalar aparmaq imkanı yaradır. SİA Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, tədqiqat səfəri həmin qurum tərəfindən verilən təqaüd hesabına maliyələşdiriləcək.
Təqaüd proqramında iştirak etmək istəyənlər sənədlərini iyulun 8-dək AMEA rəyasət heyəti aparatının beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidirlər. Əlavə məlumatı www.oeaw.ac.at saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB