Xəzər rayonunun Buzovna qəsəbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Məktəbində məzun günü münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Gənclər və İdman İdarəsinin müdüri Vüqar Əliyev, Xəzər rayon İcra Hakimiyyəti İcra Aparatının məsum işçiləri Anar Nəsirov, Ofeliya Məmmədzadə, məktəbin məzunları, qəsəbədə fəaliyyət göstərən orta məktəb nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fatma Çandirova məktəbin bu ilki buraxılışı barədə məlumat verdi və məzunları təbrik edərək onlara uğurlar diləyib. Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək hazırda respublikamızda peşə təhsilinin vəziyyətindən və bu sahəyə dövlət qayğısından danışdı.Respublikamızda anoloqu olmayan bu peşə məktəbinin Heydər Əliyev Fondu tərəfindən istifadəyə verildiyini xatırladıb. Bildirib ki, 2016-cı ilin aprel ayının 20-də Prezident İlham Əliyev cənablarının fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Rauf Əliyev vaxtı ilə bu məktəbi bitirmiş məzunların hal-hazırda respublikamızın müxtəlif mədəniyyət-incəsənət ocaqlarında işləmələrinin fərəhləndirici hal olduğunu bildirərəl məzunları, məktəb rəhbərliyini, müəllimləri təbrik etdi və onlara uğurlar diləyib.
Tədbirin sonunda təhsildə və məktəbin ictimai həyatında fərqlənən məzunlara məktəbin Fəxri Fərmanları təqdim olunub.ə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB