"Universitetlərdəki gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir"

"Universitetlərdəki gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir"

"Ümumilikdə, universitetlərdə pedaqoji kadrların əmək haqlarına aid olan xərc 80% təşkil edir". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərinin təqdimatında bildirib:

Onun sözlərinə görə, ali təhsil sistemində gəlirlər və xərclərə baxdıqda, universitetlərə mədaxil olan gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir: "Məsələn, ali məktəblərə bütövlükdə təhsil haqqı kimi daxil olan 100 manat vəsaitin 80 manatı müəllim, professorların ödənişinə yönəlir. Ali məktəb arasında bu rəqəmlər dəyişə bilər. Digər faizlər hesabına ali məktəblərdə əsaslı təmir, maddi texniki bazanın maliyyələşdirilməsi və digər işlər həyata keçirilir. Belə olduğu halda Təhsil Nazirliyinin təşəbbüsünə qoşulan ali məktəblər sosial layihədə iştirak edərək tələbələrə təhsillərini davam etdirmək imkanı yaradırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə