BDU-da ali təhsil üzrə avropalı ekspertlər ilə görüş keçirilib

BDU-da  ali təhsil üzrə avropalı ekspertlər ilə görüş keçirilib

Bakı Dövlət Universitetində (BDU) Avropa İttifaqının ali təhsil üzrə "Twining" proqramının ekspertləri ilə görüş keçirilib. SİA xəbər verir ki. görüşdə "Twining" proqramının rezident müşaviri Reijo Dhoainen, proqramın Estoniya təmsilçisi Mati Heidments, Finlandiya təmsilçisi Karl-Erik Mickelsen Avropa doktorantura təhsil sistemi ilə bağlı fikirlərini bölüşüblər. Eyni zamanda, Azərbaycanda doktorantura təhsil sisteminin müasir vəziyyəti, Avropa standartlarına uyğunlaşdırılması, kredit sisteminin tətbiqi və digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə