2016-2017-ci dərs ilinin tətil günləri müəyyənləşdirilib

2016-2017-ci dərs ilinin tətil günləri müəyyənləşdirilib

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planlarının təsdiqi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən bildiriblər ki, əmrə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2016-2017-ci dərs ilinə tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiqlənib.

Buraya ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün tədris planları, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları daxildir.

Yeni təsdiqlənən tədris planlarına əsasən, növbəti tədris ili ərzində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarım ilə bölünür. Birinci yarımil sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil isə fevralın 1-dən iyunun 14-nə kimi müəyyənləşib.

Əmrə əsasən, dərs ili ərzində 5 günlük payız tətili (16-20 noyabr), 5 günlük qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə əlavə 5 günlük yaz tətili (1-5 may) müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə