Təhsil naziri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib FOTOLAR
Təhsil naziri Mikayıl Cabbarov iyunun 20-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın cənub bürosunun məlumatına görə, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin şöbə rəislərinin və rayonların təhsil şöbələrinin müdirlərinin iştirak etdikləri qəbulda cənub bölgəsinin 50-yə yaxın sakininin müraciətlərinə baxılıb.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən işə qəbul, məktəblərin tikintisi və təmiri, iş yerlərinin dəyişdirilməsi, təhsil haqqı, tələbələrin bir ali təhsil ocağından digərinə köçürülməsi, təhsil krediti, ikinci ali təhsil almaq, əmək müqaviləsinin uzadılması, təhsil haqqından azad olma ilə bağlı olub.

Nazir Mikayıl Cabbarov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Müraciətlərin bir qismi elə yerindəcə öz həllini tapıb.
Nazirliyin səlahiyyətinə aid olmayan digər müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
Sərraf Mirsəfəoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB