10 saylı məktəbin ilk “Son zəng” çalınıb FOTOLAR

10 saylı məktəbin ilk “Son zəng” çalınıb FOTOLAR

Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə məzunlarla yanaşı I, IV sinif şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.

"Son zəng" tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Elnarə Həsənova ilk növbədə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edərək, onlara müstəqil həyatda uğurlar, yeni-yeni nailiyyətlər arzu edib.

Məktəbin 2014-2015 tədris ilində fəaliyyətə başladığını dilə gətirən E.Həsənova qeyd edib ki, ötən il məktəbdə XI sinif olmadığından ilk "Son zəng" tədbiri bu ilə təsadüf edib: "Məktəbimiz yeni açılmasına baxmayaraq müəllim və şagirdlər arasında isti münasibətlər mövcuddur. Bizim üçün sevindiricidir ki, məktəbimizin 17 nəfər məzunu var. Biz onların hər birinə müvəffəqiyyətlər, istədikləri ali təhsil ocağına daxil olmalarını arzu edirik. Ümid edirik ki, tələbələrimiz istədikləri instituta daxil olmaqla, qarşılarına qoyduqları hədəfə çata biləcəklər".

Tədbirdə çıxış edən müəllim və valideynlər öz sevinc hisslərini bildirərək məzunlara uğurlar arzu ediblər.

"Son zəng"də I sinif şagirdləri məzunları öz şeirləri ilə təbrik ediblər. Məzunlar da öz növbəsində müxtəlif rəqs, tamaşa və kompozisiyalar təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə