Gənclərin elmə marağını artıran qanun layihəsi

Gənclərin elmə marağını artıran qanun layihəsi

Parlamentin növbədənkənar iclasında "Elm haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən komitə sədri İsa Həbibbəyli bildirib ki, qanun layihəsinin II oxunuşda müzakirəsindən sonra sənədə bird aha baxılaraq. Lazımı korrektələr edilib: "Ötən müddətdə ölkədə və beynəlxalq aləmdə baş verən proseslər, elm sahəsindəki yeniliklər nəzərə alınmaqla layihə xeyli təkmilləşdirilib, müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Qanun prosesləri öz arxasınca aparmalı, stimullaşdırmalı, genişləndirməlidir.

Sənəddə innovasiya və sahibkarlıq fəaliyyəti, multikulturalizm, tolerantlıqla bağlı müddəların yer aldığını deyən . İ Həbibəyli söyləyib ki, sadalananlar olmasa mükəmməl elmə nail olmaq mümkün deyil: "Azərbaycan Milli Elmlər Akademiyasının yeni qurumlar yaratmaq funksiyaları, ekspedisiya təşkili və digər məsələlər layihədə əksini tapır. Dövlətin elmi-texniki fəaliyyət sahəsində sərmayə, o cümlədən xarici investorların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada güzəştlərin verilməsi təklif olunur. Yəni, qrant hesabına, elmin inkişafı üçün gərəkli, lakin ölkədə istehsal edilməyən zəruri avadanlıqların güzəştli şərtlərlə, yaxud da vergilərin tətbiq olunmadan respublikaya gətirilməsi kimi məsələlər təklif edilir. Yeniliklərdən biri də magistr hazırlığı ilə bağlıdır ki, təhsilin bu pilləsinin iki hissəyə ayrılması təklif olunur. Belə ki, magistr pilləsində peşəkar məqsədlər üçün ixtisas magistrləri, elmi fəaliyyətlə məşğul olmaq üçün isə tədqiqat magistrləri üzrə təhsilin həyata keçirilməsi təklif edilir. Layihədə maliyyə məsələləri geniş yer tutur. Qanunda 20-dən çox bənd məhz buna ayrılıb".

Komitə sədri bu məsələnin gələcəkdə gənclərin elm sahəsinə daha çox üz tutması məsələsinin sürətlənməsi və stimullaşmasına yardımçı olacağını söyləyib.

Qanun layihəsi III oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə