Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Balakən rayonunda vətəndaşları qəbul edəcək. SİA-nın xəbərinə görə, Balakən rayonunda keçiriləcək qəbulda Balakən, Şəki, Zaqatala, Qax, Oğuz rayon sakinləri iştirak edə bilərlər.
Qəbul iyun ayının 17-də saat 12:00-da Balakən şəhəri "Qubek" Hotelin akt zalında keçiriləcəkdir. (Ünvan: Balakən şəhəri, Səttar Gözəlov küçəsi)
Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şəki regional bölməsinə (Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.
Bundan əlavə, Balakən, Zaqatala, Qax, Oğuz rayon Təhsil Şöbələrində 10 iyun – 16 iyun 2016-cı il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB