Cari ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, ictimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin 17 iyun 2016-cı il tarixinədək bildirilməsi mümkün olacaq.
Rəy və təkliflər seçilmiş dərslik layihəsinin səhifəsində xüsusi ayrılmış bölmədə yazılmaqla, yaxud [email protected] elektron poçtuna göndərilməklə bildirilə bilər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB