TQDK növbəti SAT imtahanlarını (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirib. Komissiyadan SİA-ya verilən xəbərə görə, imtahanlar TQDK-nın inzibati binasında təşkil olunmaqla, tam təlimata uyğun keçirilib. İmtahanlarda cəmi 25 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələrinin iyul ayının 21-də elan olunması gözlənilir. Növbəti SAT imtahanlarına qeydiyyat iyul ayının sonundan başlanaraq mümkün olacaqdır. Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatıhttp://www.tqdk.gov.az/exam/sat/ keçiddən əldə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB