"Məzun olmağımızda əziyyəti keçən hər kəsə təşəkkür edirik" FOTOLAR

"Məzun olmağımızda əziyyəti keçən hər kəsə təşəkkür edirik" FOTOLAR

Anadolu Universitetinin hər il ənənə halını alan Məzuniyyət Tədbiri bu il daha çox öz möhtəşəmliyi ilə yaddaşlara yazıldı. Məzunların hər biri böyük bir həyəcanla cübbə və keplərini geyinərək Açıqöyrətim binası qarşısındakı yaşıl mənzərəli həyətə yığışaraq xatirə şəkilləri çəkdirirdilər. Anadolu Universiteti Azərbaycan Proqramlarının məzunlarına olan xüsusi diqqət və qayğı göstərildiyi gözümüzdən yayınmadı. Sadəcə kampus içində deyil, bütün Eskişehirdə də bir "Can Azərbaycan" sevgisi yanaşmasını görürdük. Hər kəs Azərbaycan bayraqlarını görüb, yaxınlaşaraq şəkil çəkdirmək istədiyini bildirirdi.

Diqqətimizdən yan keçməyən daha qürurverici məqamlardan biri də, Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmovu görən universitetin müəllimləri, rektor müavinləri bir sözlə hər kəs "Azər hocam" deyib bağrına basıb xatirə şəkili çəkdirirdilər. Biz məzunları cani könüldən təbrik edən hocalarımızın, rektor müavinlərinin gözlərində xüsusi qayğı, diqqət və bir Azərbaycan sevgisi hiss etdik. Azərbaycan məzunlarına göstərilən xüsusi diqqət düşünürük ki, Azər müəllimin bu illər ərzində qurduğu sağlam və möhkəm körpülərin nəticəsi olaraq bugün bəhrəmiz idi. Bizlərin məzun olmasında əməyi keçən insanlar çoxdur, başda Azərbaycanda bizə təhsil almaq imkanı yaradan rektorumuz Naci Gündoğan, bizə dərs deyən bütün Açıqöyrətim müəllimlərimiz olmaqla yanaşı, ən əsas Azərbaycanda bizlər üçün pərdə arxası görünmədən ən çox əziyyətimizi çəkən Azər müəllim olub, çünki hər zaman biz tələbələrin yüksək səviyyədə təhsil alması üçün, bütün imkanları yaratdı, çətinliklərlə mücadilə etdi, bizim təhsilimizə əngəl yaradan qara piyar kompaniyasına və bütün çətinliklərə qalib gəldi. Gecə-gündüz bizlər üçün yuxusuz qalan böyük insan, həmin gün tələbələri ilə birlikdə məzun olma sevincini yaşayaraq bütün çətin günlərə dəyərmiş dediyini gözlərindəki parıltıdan, məsum baxışların işıltısından hiss etdirirdi.

Azər müəllimin həmin gün biz məzunlardan da həyəcanlı və sevincli olduğu hiss edilirdi. Tələbələrin yaddaşında tələbələri ilə eyni masada, eyni yeməklərdən yeyən gözəl niyyətli, sadə insan olaraq qaldınız yaddaşlarımızda. Bizi bir araya toplayaraq verdiyiniz o şam yeməyini heç vaxt unutmarıq, bizlərə göstərdiyiniz diqqət ,qayğı o qədər doğma hiss etdirdi ki sizi bizlərə, kaş o günlər heç bitməsəydi orda hamımız birlikdə qalsaydıq. Hətta həmin şam yeməyindən xatirə olaraq tələbə yoldaşımız Aytən Qiyasova balaca çörəklərdən birini özündə saxlayaraq : "bu çörəyi ə Bakıya aparacam, bu sadə çörək deyil Azər müəllim alıb, şam yeməyindən xatirə saxlayacam" söylədi. Biz 2016 məzunları olaraq, sizə üzərimizdə olan əvəzsiz böyük əməyiniz üçün çox təşəkkür etmək istəyirik. Məzuniyyət günlərində sizi daha yaxından tanıyaraq ,bir daha səmimi insan olmağınızın şahidi olduq. 2016 məzunları olaraq, sizə bir daha sonsuz təşəkkür edirik. Yaxşıki varsınız...

Hörmətlə, sizi çox istəyən 2016 məzunları.

Bütün xəbərlər Facebook səhifəmizdə