"Gələcəkdə magistr və doktorantlara da güzəştli kreditlər veriləcək”
"Bu il yalnız bakalavrlar səviyyəsində təhsil alan aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək". SİA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov məlumat verib.
O bildirib ki, gələcəkdə magistr və doktorantura səviyyəsində təhsil alan tələbələr də bu imkandan yararlana biləcəklər.
Sektor müdiri qeyd edib ki, müvəffəqiyyət qiyməti 71 baldan yuxarı olub təhsil haqqını ödəyə bilməyən tələbələr Maarifçi Tələbə Kredit Fonduna müraciət etməklə təhsil haqqını ödəyə bilərlər: "Hazırda ali təhsil müəssisələrində oxuyan bir çox tələbə var ki, onlar tədris ilini başa vursa da, hələ təhsil haqqını ödəyə bilmir. Belə tələbələr Maarifçi Tələbə Kredit Fondundan təklifindən yararlana bilərlər. Belə ki, müvəffəqiyyət göstəricisi 71 baldan yuxarı olanlar Fondda müraciət etməklə təhsil borclarını ödəyə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB