Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlərwww.miq.edu.az internet saytında qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət etməlidirlər. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaq.
Ötən illərdən fərqli olaraq, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaqdır. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB