Təhsil kreditləri təhsil müəssisələri tərəfindən veriləcək? RƏSMİ

Təhsil kreditləri təhsil müəssisələri tərəfindən veriləcək? RƏSMİ

"AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 mln. manatdan artıqdır".SİA-nın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin yaz sessiyasının son iclasında çıxşı zamanı bildirib.

AZAL- la bağlı məsələnin daim hökumətin diqqətində olduğunu dilə gətirən nazir söyləyib ki, sözügedən quruma dövlət tərəfindən mütəmadi yardımlar göstərilir: "Bura həm güzəştli şərtlərlə yanacağın satılması, həm də dövlət zəmanəti ilə kreditlərin verilməsi, müəyyən dövrlərdə borcların silinməsi daxildir. Qeyd edim ki, AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 mln. manatdan artıqdır. Bu vəsaitlər yeni təyyarələrin alınması və digər məqsədlərə istifadə olunmalıdır. Həmin təyyarələrdən səmərəli istifadə etmək, şirkətin gəlirliliyinin artılmasına şirkət tərəfindən üstünlük verilməlidir".

Təhsil kreditləri ilə bağlı danışan nazir söyləyib ki, sözügedən kreditlərin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır : "Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumla bağlı əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13%-lə təshil kreditırinin alınması əlverişli olmaz. Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aprılır. Həm Təshil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasına müəyyən məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə