Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə "31 May Ümumdünya siqaretlə mübarizə günü"nə həsr olunmuş "Siqaretə yox deyirik" adlı tədbir keçirilidi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə iştirak edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə "31 May Ümumdünya siqaretlə mübarizə günü"nün yaranma tarixi haqqında ümumi məlumat verdi. Tütünün cəmiyyətdə yaratdığı xəstəliklərdən danışan həkim siqaretdən istifadənin narkotik vasitələrə aparan yol olduğunu tələbələrin diqqətinə çatdırdı. Regional Psixologiya mərkəzinin həkim-psixoloqu Mehriban Qaffarova isə siqaretdən istifadənin və bu vərdişə erkən yaşda başlamanın səbəblərindən, onun insan səhhəti üçün zərərli nəticələrindən bəhs etdi.
Sonra adıçəkilən kafedranın baş müəllimi Sədaqət Musayeva qonaqlara təşəkkürünü bildirdi və tələbələri maarifləndirmək məqsədi ilə Sağlam həyat tərzinin təbliğatının tədbirlərlə, aksiyalarla keçirilməsinin önəmli olduğunu qeyd etdi.
İnteraktiv şəkildə keçən tədbirdə iştirak edən Pedaqoji (ingilis dili-alman dili) fakültənin 304 a qrup tələbələri aksiya iştirakçılarına və digər tələbələrə maarifləndirici bukletlər payladılar.
Xatırladaq ki, aksiya gün ərzində davam etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB