Azərbaycan Universitetində "Karyera günü" keçirilib. "Karyerada ilk addım" devizi altında reallaşan tədbirdə dövlət qurumlarının, müxtəlif şirkət və müəssisələrin nümayəndələri iştirak ediblər.
Universitetdən bildiriblər ki, tədbirin keçirilməsinin əsas məqsədi işə götürənlərlə yuxarı kurs tələbələrini bir araya gətirmək, əmək fəaliyyətinə başlamaq istəyən gəncləri əmək bazarının mövcud iş imkanları ilə tanış etməkdir.
Tədbirdə müvafiq şirkət və qurumların insan resursları departamentlərinin nümayəndələri iştirakçıları təmsil etdikləri şirkətlərin işə qəbul qaydaları və işə yeni götürülənlər üçün orientasiya prosesinin təşkili ilə tanış edib, mövcud vakansiyaları təklif ediblər. Müxtəlif şirkətlərin əməkdaşları tələbələrə CV-nin hazırlanması, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları barədə tövsiyələrini verib, onların suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB