Yeni fənn tədris planına daxil edilib

Yeni fənn tədris planına daxil edilib

Magistrant və doktorant səviyyəsində elmi araşdırmalara dərindən yiyələnmək məqsədi ilə "Tədqiqat metodları" adlı fənn tədris planına daxil edilib. SİA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2016/2017-ci tədris ilindən 150-dən çox ixtisaslaşma üzrə təhsil alan magistrant və doktorant müasir tədqiqat metodlarını öyrənmək imkanı əldə edəcək: "Hazırda həmin fənni tədris edəcək müəllimlər üçün ADA Universitetində təlimlər keçirilir. Yaxın gələcəkdə aparıcı ali təhsil müəssisələrinə tədqiqat universitetləri statusunun verilməsi nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə