Azərbaycan Dillər Universitetində (ADU) 14-20 may tarixlərində ABŞ-ın Azərbaycandakı səfirliyi və ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) birgə təşkil etdiyi "Amerika Günləri Festivalı"nın bağlanış mərasimi keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, "Multikulturalizm ili" çərçivəsində keçirilən tədbirdə ilk öncə Azərbaycan və Amerikanın dövlət himnləri səsləndirildi.
Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi və onlara universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusovun salamlarını çatdırdı. O, "Amerika Günləri Festivalı" həftəsinin uğurla başa çatdığını qeyd etdi. ADU tələbələrinin də bu proqramda fəal iştirak etdiyini vurğulayan prorektor bundan məmnun olduğunu dilə gətirdi. O, "Amerika Günləri Festivalı" həftəsinin nəinki Bakıda, eyni zamanda Azərbaycanın bir sıra bölgələrində də qeyd olunduğunu bildirdi.
Amerikanın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Stiven Qays Azərbaycan Dillər Universitetinin rəhbərliyinə əməkdaşlıq üçün təşəkkür etdi. O, "Amerika Günləri Festivalı"nın böyük proqram olduğunu və bunun bir çox bölmələri əhatə etdiyini vurğuladı. Stiven Qays bu gün tədbirdə çıxış edəcək "Silver City Bound"qrupunun iştirakçılar tərəfindən bəyəniləcəyinə ümid etdiyini dedi.
Tədbir möhtəşəm konsert proqramı ilə yekunlaşdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB