Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Rəsm klubu"nun təşkilatçılığı ilə "Satış-Sərgi" keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, sərgidə tələbələr tərəfindən hazırlanan toxuculuq işləri, müxtəlif muncuq və daş-qaşla işlənmiş qadın bəzək əşyaları, şirniyyatlar və rəsm əsərləri nümayiş olundu.
ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov sərgidə nümayiş olunan əl işlərinə baxış keçirdi. Tələbələrin işlərini yüksək qiymətləndirən professor onlara uğurlar arzuladı.
Sərgidə, eyni zamanda universitetin dekanları, kafedra müdirləri və tələbələri fəal iştirak etdilər.
Qeyd edək ki, sərgidə digər ali təhsil müəssisələrinin tələbələri də öz əl işlərini nümayiş etdirdilər.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB