Buraxılış imtahanlarının tarixi açıqlandı

Buraxılış imtahanları Bakıda iyunun 25-də baş tutacaq
Buraxılış imtahanlarının tarixi açıqlandı

9-cu və 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının tarixi bəlli olub. Buraxılış imtahanları Bakıda iyunun 25-də baş tutacaq. İyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və daha 15 rayonda keçirləcək.

İyunun 21-də isə Naxçıvan Muxtar Respublikasında və daha 16 rayon və şəhərdə imtahanlar olacaq.

Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan da daxil olmaqla digər 16 rayonda şagirdlər öz biliklərini iyunun 30-da nümayiş etdirəcəklər.

Əvvəlki illərin məzunları və eksternatlar üçün imtahanlar iyulun 5-də baş tutacaq. Məcburi köçkünlər isə hansı məktəbdə təhsil alırsa həmin məktəbin yerləşidiyi rayonda imtahan verəcəklər. Belə ki, günün birinci yarısıında 9-cu sinif, ikinci yarısında isə 11-ci sinif şagirdləri üçün imtahan keçiriləcək. 11-ci siniflərin buraxılış imtahanı 3 fənn üzrə test üsulu ilə aparılacaq.

Şagirdlər Azərbaycan dili və riyaziyyatdan minimal 8 bal toplamalıdırlar.

Ancaq bu o demək deyil ki, buraxılış imtahanında 2 alanlara attestat verilməyəcək. Əgər şagird imtahandan kəsilərsə, onun əvvəlki, yəni 9 və 10-cu sinifdə aldığı qiymətlər hesablanıb, yuvarlaşdırılaraq ümumi nəticə çıxarılacaq.

9-cu siniflər isə imtahanda Azərbaycan dili və riyaziyyat olmaqla 60 test sualını cavablandıracaqlar. Burada da fənlərin hər birindən minimum 8 bal toplamaq vacibdir. İmtahanda şagirdlərin diqqət etməli olduğu bəzi məqamlar var.

"Xəzər Xəbər" mövzu ilə bağlı videomaterialı təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə