"Elm haqqında" qanun layihəsi ətrafında müzakirələrə başlanılıb. SİA-nın xəbərinə görə, müzakirələr zamanı alimlərə dövlət tərəfindən göstərilən qayğı barədə danışan millət vəkili Zahid Oruc bildirib ki, hər bir ölkə alimlərini ən üst səviyyədə saxlamağa çalışır.
Onun sözlərinə görə, ölkənin iqtisadiyyatını elmə transfer etməyi bacarmalıyıq: "Azərbaycan alimlərinin sayı 10 minə qədərdir. Əhalinin 100 minə düşən alimlərin sayı bir nəfərdir. Regionda başqa dövlətlərdən güclü olduğumuz halda bu məsələdə geridə qalırıq. İddia etmirəm ki, alimlərimiz onlardan zəif və ya güclüdür, lakin say etibarı ilə alimlərimizin sayı azdır. Ölkəmizdə alimin maaşı əsas kriteriya olmalıdır. Elm sferası iqtisadiyyatlaşdırılmalıdır, elmin əsas vəzifəsi cəmiyyət, yaxşı toplum yetişdirməkdir. Bütün dünyada elmin özəl qurumlar vasitəsilə maliyyələşməsi gedir".
Z.Oruc Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması təklifi ilə çıxış edib: "Biz diplomlarımızı yastığımızın altında saxlayırıq. Əmək bazarına uyğun olaraq ikinci və üçüncü təhsil almalıyıq. Azərbaycanda dövlət sifarişində universitetlər yarışmalıdır və onların reytinqi bununla bilinməlidir. Bu gün hər bir universitet tələbənin durumundan asılı olmayaraq dövlət sifarişi ala bilir. Lakin universitetlər arasında elələri var ki, orada 3-4 tələbədən başqa oxuyan yoxdur. O zaman həmin universitete niyə dövlət sifarişi alır?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB