Mayın 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. TQDK-dan bildiriblər ki, imtahan təlimata uyğun aparılıb, abituriyentlərə bilik səviyyələrini nümayiş etdirmələri üçün bütün lazımi şərait yaradılıb.
İmtahandan sonra TQDK-da müstəqil ekspertlər tərəfindən abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının qapalı rejimdən sonrakı ekspertizası həyata keçirilib və test tapşırıqlarının elmi-metodik cəhətdən düzgün tərtib olunduğu, cavabların birmənalı, dəqiq, ümumtəhsil müəssisələrinin qüvvədə olan tədris proqramına, dərsliklərə və TQDK-nın qəbul proqramına tam uyğun olması bir daha təsdiqlənib.
İmtahanın gedişi zamanı köçürməyə cəhd göstərən, müvafiq qaydalara zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Xatırladaq ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB