5 günlük dərs həftəsi ləğv olunacaq?

5 günlük dərs həftəsi ləğv olunacaq?

Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, 5 günlük dərs həftəsinin ləğvi gözlənilmir və yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, orta məktəblərin yenidən 6 günlük tədris sisteminə keçidi təklif olunur. 5 günlük dərs sisteminin tədris vəsaitini qavramaq üçün yetərli olmadığı göstərilir.

Ekspertlər isə təhsilin müddətinin onun keyfiyyətinə təsir etmədiyini bəyan edirlər. Onların fikrincə, təhsilin müddəti keyfiyyətlə ölçülmür.

Bütün xəbərlər Facebook səhifəmizdə