TQDK-da yeni Komissiya yaradılıb

TQDK-da yeni Komissiya yaradılıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mayın 15-də II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. SİA-nın TQDK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına bu gün saat 10‑dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə müraciət edə bilərlər.

Xatırladaq ki, TQDK-nın saytında və sosial şəbəkədəki səhifəsində sual kitabçaları və imtahanda istifadə olunan test tapşırıqlarının izahı yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə