Mayın 5-dən 10-dək Albaniyanın Tirana şəhərində 33-cü Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib. Təhsil Nazirliyindən bildiriblər ki, Türkiyə, Rumıniya, Makedoniya, Bolqarıstan, Serbiya kimi Balkan ölkələri, həmçinin İtaliya, Fransa, Böyük Britaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı da daxil olmaqla, ümumilikdə 18 ölkədən 100-dən çox şagirdin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.
Olimpiadada ölkəmizi təmsil edən Gəncə şəhəri 26 nömrəli fizika-riyaziyyat təmayüllü liseyin eksperimental pilot sinfinin şagirdi Anar Hüseynov gümüş və Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot sinfinin şagirdi Məhəmməd Şirinov bürünc medal qazanıblar.
Qeyd edək ki, hazırda komanda rəhbərləri və şagirdlər riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə iyulda müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq fənn olimpiadalarında daha yaxşı nəticələrin əldə olunması məqsədilə səmərəli hazırlıq prosesinə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB