Sənəd qəbulu məntəqəsi fəaliyyətini yekunlaşdırıb

Sənəd qəbulu məntəqəsi fəaliyyətini yekunlaşdırıb

Xəbər verdiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə keçirir.

BŞTİ-dən bildiriblr ki, mayın 3-dən 10-dək müsabiqədə iştirak etmək istəyən 393 nəfər müəllim (345 nəfər Azərbaycan bölməsi, 48 nəfər rus bölməsi üzrə) AZƏRTAC-a bildiriblr ki, mayın 3-dən 10-dək müsabiqədə" target="_blank">www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib.

Mayın 12-də elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş müəllimlərin sənədlərinin qəbulu üçün BŞTİ-də yaradılan qəbul komissiyası fəaliyyətini yekunlaşdırır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə üç mərhələli müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsi çərçivəsində elektron qaydada qeydiyyatdan keçmiş şəxslərin tələb olunan sənədləri təqdim etməsi üçün müəyyənləşdirilmiş müddət mayın 12-də başa çatıb.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan və yerdəyişmə müsabiqəsində iştirak üçün müraciət edərək elektron qaydada qeydiyyatdan keçmiş, lakin müvafiq sənədləri bu qurumun müsabiqə ilə əlaqədar təşkil olunmuş qəbul məntəqəsinə təqdim etməyən müəllimlərin göstərilən vaxtdan sonra sənədləri qəbul olunmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə