SABAH tələbələri Heydər Zirvəsinə yürüş ediblər FOTOLAR

SABAH tələbələri Heydər Zirvəsinə yürüş ediblər FOTOLAR

SABAH qruplarının tələbələri Ümummilli Lider Heydər Əliyevin 93-cü il dönümü münasibəti ilə keçirilən silsilə tədbirlər nəticəsində Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Heydər zirvəsinə yürüş ediblər. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, 9-10 may tarixləri ərzində baş tutan yürüşdə iştirak edən tələbələr 3751 metr hündürlükdə yerləşən Heydər zirvəsində SABAH qruplarının bayrağı dalğalandırılıb.

Sonda yürüşdə iştirak etmiş tələbələr sertifikatla təltif olunublar.

Xatırladaq ki, 2014/2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir. Hazırda 2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbuluna qeydiyyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə