Sədr qəbul imtahanlarında olacaq dəyişikliklər barədə DANIŞDI

Sədr qəbul imtahanlarında olacaq dəyişikliklər barədə DANIŞDI

"Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: "İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib. V ixtisas qrupuna daxil olan ixtisaslar sırf qabiliyyət tələb edənlərdir və bu ixtisaslarının müsabiqəsində iştirak etmək üçün builki məzunlar buraxılış imtahanlarını verməli, əvvəlki illərin məzunları isə buraxılış imtahanları səviyyəsində olan imtahanları verir və ümumi müsabiqəyə qoşulurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə