Müəllimlərin rayon və ya şəhərdaxili yerdəyişməsi prosesinə başlanılıb. Mayın 10-dək davam edəcək prosesdə müəllimlərin iştirakı üçün hər iki təhsil müəssisənin razılığı olmalıdır. Məktəblərin razılığı əsasında rayon, yaxud da şəhər üzrə təhsil şöbəsinə müraciət olunur. Rayonlarda seçim təhsil şöbəsinin özünün müəyyən etdiyi qaydada,yəni müsahibə yolu ilə həyata keçirilir. Paytaxtda isə bu yerdəyişmə üçün test imtahanı tətbiq olunur. Yerdəyişmə həmin testin nəticəsinə uyğun müəyyələşir.
Eyni zamanda,şəhər və rayonlararası ümum təhsil müəssisələrinə yerdəyişmə ilə bağlı ərizə qəbulunun da vaxtı dəqiqləşib. Belə ki, 1-12 iyun tarixlərində qeydiyyatdan keçmək üçün müəllimlər miq. edu.az saytında elektron ərizə ilə müraciət edə bilərlər. Ərizə təsdiq olunduqdan sonra isə müsabiqdə iştirak etmək mümkündür.
Test imtahanların nəticələrinə uyğun olaraq kənd məktəbləri üçün keçid bal 36, paytaxt, eləcə də digər şəhərlər üçün keçid isə 48 baldır. Ancaq bu o demək deyil ki, keçid balını toplaya bilməyən işindən azad olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB