Gəncədə 2016-2017-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu başlayıb.
SİA-nın bölgə müxbirinin veridiyi məlumata görə, bu gündən etibarən 2016-2017-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu başlayıb. Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirənlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər. Bu abituriyentlərdən ərizə qəbulu mayın 17-dək aparılacaq. V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər isə ödəmə kartı əldə edib mayın 5-dən mayın 17-dək ərizə təqdim etməlidirlər. 1-4-cü ixtisas qrupları üzrə elektron ərizələrini təsdiq edən abituriyentlərin 5-ci qrupa sənəd verməsi üçün isə yenidən ödəmə kartı əldə etmələrinə ehtiyac yoxdur.-deyə "Həm Azərbaycan Respublikası vətəndaşları, həm də xarici ölkə vətəndaşları şəxsiyyət vəsiqələri, miqrasiya sənədləri ilə sənəd verə bilərlər. Prosesə gəlincə isə, abituriyent ödəmə kartını ya internet vasitəsilə, ya da ki 7725 qısa nömrəsinə sms göndərməklə əldə edir. Daha sonra isə TQDK-nın rəsmi internet saytına daxil olaraq, öz ərizələrini təsdiq edirlər." TQDK-nın Gəncə Regional bölməsinin məsləhətçisi Sərxan Ağayev bildirib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB