Elxan Elatlı ilə tələbələrin görüşü keçirilib

Elxan Elatlı ilə tələbələrin görüşü keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Mədəniyyət İşçi Qrupunun təkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, tanınmış yazıçı Elxan Elatlı ilə tələbə və gənclərin görüşü keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət İşçi Qrupunun rəhbəri Nəzrin Əliyevanın sözlərinə görə sevilən əsərlərin müəllifi ilə görüşdə müxtəlif təhsil müəssisələrinin tələbələri iştirak edib.

İttifaqın qərərgahında baş tutan bu görüşdə yazıçının yaradıcılığı haqqında geniş məlumat verilib. Eyni zamanda yazıçı gənclərin çoxsaylı suallarını cavablandırıb.

Gənclərlə söhbət zamanı, o, bədii ədəbiyyatın dünya görüşünün formalaşmasında rolunu, mütaliənin zəruriliyini qeyd edib.

Sonda yazıçı görüşə gələnlərin özləri ilə gətirdikləri kitablara imza atıb və xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə