Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrası maarifləndirmə məqsədi ilə pedaqoji təcrübədə olan IV kurs tələbələri üçün Bakı şəhərinin tarixi yerlərinə, komplekslərinə, folklor-mədəniyyət mərkəzlərinə, rəsm qalereyalarına "açıq dərs" formasında ekskursiyalar həyata keçirib. ADU-dan SİA-ya verilən məlumata görə, tələbələr tərəfindən böyük maraqla qarşılanan ekskursiyanın təşkil edildiyi məkanlar sırasına "Nəriman Nərimanov adına Təbabət muzeyi", "Xətai Sənətkarlıq muzeyi", "Səməd Vurğunun ev muzeyi", "Azərbaycan tarixi muzeyi", "Milli Bayraq Meydanı", "Azərbaycan xalq təhsili muzeyi", "Miniatur kitablar muzeyi", "Şirvanşahlar sarayı", "İçəri şəhər muzey qoruğu", "Qız qalası" tarixi abidə-kompleksi və digərləri daxildir. Sözügedən məkanlarda aparılan tədris ekskursiyalarına Bakı şəhərinin bir çox məktəblərinin şagirdləri də cəlb olunub, onlara bu baradə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB