Təhsil naziri: "Dərsliklərin məzmununa yenidən baxılmalıdır"

"Bəzi dərsliklərin məzmununa dərhal yenidən baxılmalıdır. Həddən artıq emosional qiymətləndirmə, yeni proqramın mahiyyətini dərk etməmə halları var. Bəzi fənlər üzrə biz çox keyfiyyətli dərsliklər yarada bilmişik". SİA xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bloger Vyaçeslav Sapunova verdiyi müsahibəsində deyib.

Mikayıl Cabbarov bildirib ki, nazirlik dərsliklərin qiymətləndirilməsinə cəlb edilən mütəxəssis bazasının genişləndirilməsi ilə bağlı işləri davam etdirir: "Qeyd etdiyim kimi, dərsliklərin hazırlanması prosesini maksimum şəffaf eləməyə çalışırıq. Təhsildə yeni metodikaya uyğun olaraq, yeni dərsliklər lazım olan proqramın yalnız bir hissəsini özündə əks etdirir. Bunlar 80 və 90-cılar nəslinin təhsil aldığı dərsliklər deyil. Tədris materialının əhəmiyyətli hissəsi bu gün dərslikdən kənarda qalır. Bu tədris materialı, deyək ki, laborator məşğələlərdə, sorğularda və s. formalarda verilə bilər".

Təhsil naziri bildirib ki, dərslik sahəsində irəliləyişlər gözlənildiyi kimi sürətli getmir: "Biz, həqiqətən də məzmunun yaradılması ilə bağlı böyük problemlərlə üzləşirik. Çünki dərslikləri məmurlar yox, hər sahənin öz mütəxəssisləri yazır. Dərslik seçiminin şəffaflığını təmin etmək məsələsi də işin digər bir tərəfidir. Biz dərsliklərin müzakirəsi üçün xüsusi elektron format yaratmışıq. Dərslik yaradıcılığı prosesində biz heç nəyi gizli saxlamırıq. Amma gəlin görək seçilmiş ən yaxşı dərsliklər gözləntilərimizə cavab verirmi? Heç də həmişə yox".

Mikayıl Cabbarov bildirib ki, nazirlik bu sahədə alternativ modellərin tətbiqini sürətləndirmək niyyətindədir: "Ancaq bürokratiyanın öz qanunları və öz zaman çərçivələri mövcuddur. Ona görə də bəzən sənədlərin instansiyalarda razılaşdırılması və keçirilmə prosesləri istədiyimiz sürətlə getmir. Digər tərəfdən, dərsliklərin yaradılmasına ən yaxşı mütəxəssisləri cəlb etmək lazımdır, lakin xüsusilə hazırkı sosial-iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək olmaz.Uşağın oxumalı olduğu bədii ədəbiyyatda, hansısa eksperiment apardığı ailədə yer alır. Bu gün artıq təhsilin məzmunu və dərsliyin məzmunu arasında bərabərlik işarəsi qoymaq olmaz.Təəssüf ki, baza dərsliklər ortaya çıxmayıb. Çünki hələ də öz həllini tapmamış bəzi məsələlər var. Lakin bu istiqamətdə iş davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...