May ayında SAT imtahanına daxil olacaq şagirdlərin müraciətlərini və həmin imtahan nəticələrinin iyun ayının ortalarında elan olunacağını nəzərə alaraq TQDK ADA Universiteti ilə razılaşma əldə edib. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, razılaşmaya əsasən 2016-2017-ci tədris ili üçün ADA Universitetinin bakalavriat səviyyəsi üzrə müsabiqəyə SAT imtahanı nəticələrinin təqdim olunması müddətini iyun ayının 15-ə qədər uzadılıb. (I-IV ixtisas qrupları üzrə abituriyentlərin elektron ərizələrinin təsdiqi müddəti elan olunduğu kimi aprelin 1-dən 28-dək aparılacaq).
Qeyd edək ki, may ayında keçiriləcək SAT imtahanı yeni struktur əsasında təşkil olunacağına görə, imtahan nəticələrinin əvvəlki aylarda keçirilən SAT imtahanlarına nisbətən gec elan olunması gözlənilir. SAT nəticələrinin elan olunması ilə bağlı əlavə məlumatla verilmiş keçiddən tanış ola bilərsiniz:
https://collegereadiness.collegeboard.org/sat/scores/getting-scores
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB