ADU-da “Beynəlxalq Çin dili günü” qeyd edildi

ADU-da “Beynəlxalq Çin dili günü” qeyd edildi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Çin dili gününə həsr olunmuş "Çin dili: linqvogeoqrafiya və siyasət" mövzusunda elmi seminar keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov müasir "Çin dilli dünya", "Çində dil siyasəti", "Çin - İslam dili kontaktları" mövzularında danışaraq Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodiki vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətindən danışdı.

Seminarda çıxış edən ADU-nun Çin dili üzrə müəllimi Könül Abbasova, həmçinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri "Çində dil vəziyyəti", "Çin dilinin dialekti", "Tarixi və heroqlif yazının inkişafı" haqqında məlumat verdilər. Çin dilinin BMT-nin rəsmi dillərindən biri kimi işləndiyi söylənilərək Çinin qədim alimi Szan Szenin xatirəsinə "Beynəlxalq Çin dili günü"nün müəyyən edilməsi barədə də danışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə