Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı il mayın 1-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək. Bu barədə SİA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, namizədlər aprelin 26-dan etibarən TQDK-nın internet səhifəsinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Namizədlər özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni götürməlidirlər. Əks təqdirdə imtahana buraxılmayacaqlar.
ARDNŞ tərəfindən aparılan qeydiyyatdan 1570 nəfər keçib.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB