Bakıda Polşa universitetlərinin təhsil sərgisi açılacaq

Bakıda Polşa universitetlərinin təhsil sərgisi açılacaq

Aprelin 23-də Bakıda ilk dəfə Azərbaycan Təhsil Cəmiyyətinin təşkilatçılığı, "Akademi Group" Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə "Study in Poland" kampaniyası çərçivəsində Polşa universitetlərinin təhsil sərgisi açılacaq. Təhsil Mərkəzindən bildiriblər ki, iki gün davam edəcək sərgidə Polşanın tanınmış dövlət və özəl universitetləri ilə yanaşı, dil kursları da iştirak edəcək.

Sərgidə tələbələrə Avropada yüksək keyfiyyətli təhsil, yataqxanalar, dil kursları, Polşa universitetlərində təqaüd və endirimlə təhsil imkanları və digər məsələlər barədə ətraflı məlumat veriləcək.

Sərgi müddətində müsabiqə yolu ilə iki şagird Polşada üç həftəlik yay məktəbi, bir tələbə bir aylıq ingilis dili kursu keçmək imkanı əldə edəcək, bir tələbəyə isə kompyuter hədiyyə olunacaq. Şagirdlər üç həftəlik yay məktəbi müddətində başqa ölkə və şəhərləri görmək imkanı da qazanacaqlar.

Maraqlananlar http://www.akademi.az/tehsil-xeberleri/polsa linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə