Dillər Universitetində Çin Kukla Teatrı

Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Çin və Azərbaycanın Kukla Teatrı: tarix və müasirlik " adlı bədii gecə keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Çin kukla teatrının bənzərsiz adət-ənənələri və dünya teatr sənəti üçün onun əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov milli oyunların xüsusi obrazı kimi adıçəkilən teatrın tarixi haqqında danışdı və öz yaradıcılıq planlarını bölüşdü.

Bakıda yerləşən "Kukla" incəsənət qalereyasının əməkdaşı Tatyana İvanayeva çıxışında qalereyanın unikal ekspozisiyaları və kukla sənətinin müxtəlif janrları haqqında danışdı.

Xəzər Universitetinin Dünya Məktəbinin direktoru Jalə Hüseynxanova şagirdlərin bədii tərbiyəsi üzrə məktəbin gördüyü işlərdən və Kukla muzeyi universitetinin fəaliyyətindən söz açdı.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin Kukla Teatrının yaradıcılıq tarixi, onun regional növləri və üslubları haqqında məlumat verdilər.

Sonda tələbərin ifasında Çin kukla teatrının məşhur süjetləri əsasında teatr nümayiş olundu və Xəzər Universitetinin Dünya Məktəbinin məktəbəqədər şagirdlərinin hazırladıqları musiqi ifa olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...