Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrası, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənləri üzrə monitorinqlərə start verilib. BSU-nun Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Nəqliyyat fakültəsində təhsil alan tələbələr arasında keçirilən ilk monitorinqi AMİU-nun İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova aparıb.
BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova və Bakı Beynəlxalq Multikulturalizmi Mərkəzinin nümayəndəsi Aytən Məmmədova tələbələr arasında anonim sorğu keçiriblər.
Monitorinq zamanı tələbələrə"Dini müxtəliflik və multikulturalizm" mövzusunda mühazirə oxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB