Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş fənn olimpiadaları universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədovun təşkilatçılığı ilə keçirilir. ADU-dan SİA-ya verilən məlumata görə, Olimpiadalar "Azərbaycan dövlətçiliyi", "Heydər Əliyev və Azərbaycan dövləti", "Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, inkişafında və tarixində rolu" adlı mövzuları üzrə bütün fakültələrin II və III kurs tələbələri arasında keçirilir.
Qeyd edək ki, universitetin bütün fakültələrindən tələbələrin iştirak etdiyi olimpiadanın fərqli cəhəti ondan ibarətdir ki, tələbələrlə yanaşı, onları hazırlaşdıran müəllimlər də pulla mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB