ADU-nun tələbələri vətənpərvərlik mövzusunda tədbir keçirib

ADU-nun tələbələri vətənpərvərlik mövzusunda tədbir keçirib

Azərbaycan Dillər Universitetinin Nəsimi rayonu 35 saylı tam orta məktəbində pedaqoji təcrübədə olan Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 403b, 404a, 404b, 406b qrup tələbələrinin, o cümlədən universitetin Linqvodidaktika kafedrasının müəllimi, eyni zamanda adıçəkilən məktəb üzrə Metodbirləşmənin rəhbəri Sədaqət Məmmədovanın təşkilatçılığı ilə "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı vətənpərvərlik mövzusunda tədbir keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov, Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədova, Pedaqoji təcrübə rəhbəri Məmməd İsmayılov, həmçinin məktəbin şagirdləri də iştirak edirdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Qarabağ uğrunda döyüşlərdə həlak olan, o cümlədən müasir ordumuzun yaranmasının 95 illiyinə həsr olunan paradı əks etdirən videoçarxlar tədbir iştirakçılarına nümayiş olundu.

Məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər, yaxın keçmişdə mənfur düşmənlərimizin hücumu nəticəsində dünyasını dəyişən şəhidlər barədə tədbir iştirakçılarına məlumat verdilər.

Tədbirin təşkilini yüksək qiymətləndiridiyini söyləyən professor Dünyamin Yunusov əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi. ADU-nun Azərbaycanın öndə gedən ali təhsil müəssisələrdən biri olduğunu deyən D.Yunusov universitetdə müxtəlif dillərin tədris olunduğunu da iştirakçıların nəzərinə catdırdı.

Qeyd edək ki, tədbirdən öncə professor D.Yunusov universitetin eyniadlı məktəbdə pedaqoji təcrübədə olan tələbələrlə görüşdü. O, Azərbaycanın güclü orduya sahib olduğunu vurğuladı və hər kəsə vətənpərvər ruhda olmağı tövsiyyə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə