“Yaxın Şərqdə vəziyyət və İsrailin mövqeyi”

Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq araşdırmalar mərkəzinin təşkilatçılığı ilə İsrailin ölkəmizdə fəaliyyət göstərən səfirliyinin missiya rəhbərinin müavini Amir Rom ADU-da oldu. ADU-dan SİA-ya verilən məlumata görə, o, universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə "Yaxın Şərqdə vəziyyət və İsrailin mövqeyi" adlı mühazirə oxudu.

Təqdimatında A.Rom Yaxın Şərqdə baş verən geosiyasi vəziyyət və bilavasitə, bu vəziyyətin meydana gətirdiyi problemlər haqqında danışdı. Eyni zamanda, o çıxışında Yaxın Şərq ölkələrinin daxili və xarici siyasəti fonunda baş verən hadisələrə də toxundu.

Görüşün sonunda müşavir tələbələri maraqlandıran sualları cavablandırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə