Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə "Azərbaycan jurnalistikasının tarixi" mövzusunda dəyirmi masa keçirildi.
ADU-dan SİA-ya verilən məlumata görə, kafedranın müdiri, professor Fəridə Səfiyevanın iştirak etdiyi görüşün qonağı AzTv-nin əməkdaşı, jurnalist Rövşən Məmmədov idi. Həmin kafedranın müəllimi Nərgiz Qurbanlı və Filologiya və jurnalistika fakültəsinin 337 a, 337 b qrup tələbələrinin iştirakçısı olduğu görüşdə jurnalist Rövşən Məmmədov "Xəbər və informasiya", "Jurnalistikada "stand up" nədir?", "Müsahibə texnologiyası" və digər mövzularda geniş məlumat verdi. Həyatını Azərbaycanın müstəqilliyi uğrunda itirən jurnalistlərin şücaəti, mərdliyi haqqında danışan R.Məmmədov dəvətə görə öz təşəkkürünü bildirdi.
İnteraktiv üsulda keçirilən görüşdə təkliflər səsləndirildi və müzakirələr aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB